...

Müəllim olmaq istəyənlər imtahan verir

Gündəm Materials 18 İyul 2018 12:05 (UTC +04:00)
Müəllim olmaq istəyənlər imtahan verir.
Müəllim olmaq istəyənlər imtahan verir

Bakı. İlhamə İsabalayeva - Trend:

Müəllim olmaq istəyənlər imtahan verir.

İyulun 18-də ibtidai sinif müəllimliyi üzrə (Azərbaycan bölməsi) keçirilən imtahanlarda 3590 namizədin iştirakı gözlənilir. İbtidai sinif müəllimliyi üzrə imtahanlar iyulun 19-da da davam edəcək.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinin ikinci günü uğurla başa çatıb. İbtidai sinif müəllimliyi üzrə keçirilmiş imtahanlarda 3197 nəfər iştirak edib, namizədlər arasında ən yüksək nəticə olaraq 58 bal qeydə alınıb.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi Azərbaycan Texniki Universitetinin İdman Kompleksində keçirilir. Namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti