...

Yol qəzalarında yararsız olmuş təhlükəsizlik sədləri təmir edilir - HANSI YOLDA?

İqtisadiyyat Materials 19 İyul 2018 11:30 (UTC +04:00)
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yararsız təhlükəsizlik sədlərinin təmiri işləri davam etdirilir.
Yol qəzalarında yararsız olmuş təhlükəsizlik sədləri təmir edilir - HANSI YOLDA?

Bakı. Samir Əli - Trend:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yararsız təhlükəsizlik sədlərinin təmiri işləri davam etdirilir.

Agentlikdən Trend-ə verilən məlumata görə, həmin tədbirlər çərçivəsində, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 15-45-ci km-lik hissəsində bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti