...

Yol polisi sürücülərə müraciət etdi - Avtomobilləri və nömrələri təmiz saxlayın

Cəmiyyət Materials 19 İyul 2018 12:08 (UTC +04:00)
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib
Yol polisi sürücülərə müraciət etdi - Avtomobilləri və nömrələri təmiz saxlayın

Bakı. Samir Əli - Trend:

Son günlər Bakı şəhərində və respublikanın avtomobil yollarında zahiri görünüşü təmiz olmayan, səliqəsiz, dövlət qeydiyyat nişanları görünməyən nəqliyyat vasitələrinin hərəkət etməsi hallarına rast gəlinir.

Trend-in məlumatına görə, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin müraciətində deyilir.

Yol polisi belə avtomobillərin turizm mərkəzinə çevrilmiş paytaxtımızın ümumi estetik görünüşünə xələl gətirməsini, eləcə də qeyd olunan halların qanunvericiliklə inzibati məsuliyyətə səbəb olmasını nəzərə alaraq, nəqliyyat vasitələri sürücülərindən xahiş edir ki, avtomobillərin zahiri görünüşünün, eləcə də hərəkətə başlamazdan əvvəl və yolboyu nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının oxunması üçün onların təmiz saxlanılmasını təmin etsinlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti