...

Bu gün Bakının bəzi ərazilərində su olmayacaq - HARADA?

Gündəm Materials 24 İyul 2018 09:15 (UTC +04:00)
Bu gün Bakının bəzi ərazilərində su verilişində fasilələr yaranacaq.
Bu gün Bakının bəzi ərazilərində su olmayacaq - HARADA?

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Bakının bəzi ərazilərində su verilişində fasilələr yaranacaq.

Trend-ə "Azərsu" ASC-dən verilən məlumata görə, Babək prospektinin yenidən qurulması layihəsi çərçivəsində yeni çəkilmiş magistral kəmərin şəbəkəyə qoşulması və köhnə magistral xətlərin ləğvi ilə əlaqədr Xətai və Nizami rayonlarının bir hissəsinə (Qara və Ağ şəhər əraziləri, NZS, UPD, Keşlə qəsəbəsinin, Əhmədli kəndinin bir hissəsinə və Babək prospekti boyunca ərazilərə gün ərzində içməli suyun verilişində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti