...

Mingəçevirdə qaydaları pozan sürücülər saxlanılıb (FOTO)

Gündəm Materials 26 İyul 2018 10:44 (UTC +04:00)
Mingəçevirdə qaydaları pozan sürücülər saxlanılıb.
Mingəçevirdə qaydaları pozan sürücülər saxlanılıb (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Mingəçevirdə qaydaları pozan sürücülər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən növbəti dəfə piyadalara, eləcə də qaydaları pozan sürücülərə qarşı reyd keçirib.

Şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə təşkil olunan reyd zamanı əvvəlcə piyadaların yolu keçməsi üçün müəyyən edilmiş yerlərdən kənar keçdiklərinə görə polis əməkdaşları tərəfindən saxlanılıb, onlara qanuni tədbirlər görülüb.

Daha sonra yol polisi reydi sürücülərlə davam etdirib. Burada da təhlükəsizlik kəmərindən istifadə etməyən, sərxoş vəziyyətdə avtomobil idarə edən, avtomobilin arxa baqaj hissəsinə qəsdən yük qoymaqla onu müxtəlif formalara salan, sərxoş vəziyyətdə sükan arxasında oturan və digər qayda pozan sürücülər haqqında protokol yazılaraq inzibati məsuliyyətə cəlb ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti