...

Bakının bu ərazilərində su olmayacaq

Gündəm Materials 6 Avqust 2018 09:49 (UTC +04:00)
Bakının bu ərazilərində su olmayacaq
Bakının bu ərazilərində su olmayacaq

Bakı. Trend:

Bakının bu ərazilərində su olmayacaq.

"Azərsu" ASC-dən Trend-ə verilən məlumata görə, Yasamal rayonu Qanlıgöl ərazisində su təchizatı infrastrukturunda yenidənqurma işlərinin aparılması ilə əlaqədar 06 avqust 2018-ci il tarixində gün ərzində Yeni Yasamal yaşayış massivinə, Qanlıgölün ətrafındakı ərazilərə, həmçinin Səbail rayonu İzzət Nəbiyev küçəsindəki abonentlərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti