...

Hakim şahidin məhkəməyə məcburi gətirilməsi barədə qərar çıxardı

Gündəm Materials 5 Sentyabr 2018 14:52 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində idmançı Fəridə Əzizovanın evindən içərisində 35 000 manat və 18 800 dollar olan seyfi oğurlamaqda təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın məhkəməsi davam etdirilib.
Hakim şahidin məhkəməyə məcburi gətirilməsi barədə qərar çıxardı

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində idmançı Fəridə Əzizovanın evindən içərisində 35 000 manat və 18 800 dollar olan seyfi oğurlamaqda təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın məhkəməsi davam
etdirilib.

Trend-in məlumatına görə, hakim Azad Məcidovun icraatında olan prosesdə baxış iclası davam etdirilib.

Hakim bildirib ki, cinayətdə iştirak etdiyi barədə şübhələr olan Aqşin adlı şəxs məhkəmə çağırışlarına cavab vermir. Şahid kimi tanınan Aqşin oğurluğu etməkdə ittiham olunan Nicatın dostudur. N.İsrafilov istintaqa ifadəsində oğurluğu Aqşinlə birgə törətdiyini və pulu böldüklərini deyib.

Onun məhkəməyə məcburi gətirilməsi barədə qərar çıxarılsa da, polislər onu tapa bilməyib.

Zərərçəkmiş F.Əzizova deyib ki, ona dəyən ziyandan 53 min manat ödənsə də, 14 min 500 manat qalıb.

O həmin pulu tələb edib.

İttihama görə, 2017-ci il sentyabrında Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 70 min manata yaxın pul olan seyf oğurlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti