...

Bakının Nobel prospektində baş verən dəhşətli qəzada ölənlərin şəxsiyyəti məlum oldu (YENİLƏNİB)

Cəmiyyət Materials 21 Sentyabr 2018 09:56 (UTC +04:00)
Bakıda Nobel prospektində baş vermiş dəhşətli qəzada ölənlərin kimliyi müəyyən edilib.
Bakının Nobel prospektində baş verən dəhşətli qəzada ölənlərin şəxsiyyəti məlum oldu (YENİLƏNİB)

Bakı. Samir Əli - Trend:

Daxili İşlər Nazirliyi (DİN) ötən gün Bakıda 4 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yayıb.

DİN-dən Trend-ə verilən məlumata görə, sentyabrın 20-də saat 18 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini Anar Əzimov idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarındakı metal dirəyə vurub.

Nəticədə sürücü və sərnişinləri - həmyerliləri Həsən Məmmədsadıqov, Nurlan Rüstəmov və Qəbələ rayon sakini Hafiz Bilalov hadisə yerində ölüblər.

Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

XXX

Bakıda Nobel prospektində baş vermiş dəhşətli qəzada ölənlərin kimliyi müəyyən edilib.

Trend-in məlumatına görə, hadisə nəticəsində həlak olanlar - sürücü, Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Əzimov Anar Emil oğlu, Qəbələ rayonu Aydınqışlaq kənd sakini, 1991-ci il təvəllüdlü Bilalov Hafiz Cəlaləddin oğlu, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Məmmədsadıqov Həsən Hüseyn oğlu və Naxçıvan şəhərində anadan olmuş, Bakı şəhəri, Zabrat qəsəbə sakini, 1989-cu il təvəllüdlü Rüstəmov Nurlan Mətləb oğludur.

Hadisə baş verən 99-MH-441 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobilin sahibi Əsgərova İradə Tofiq qızı olsa da, avtomobil etibarnamə ilə Əzimov Anar Emil oğlunda olubmuş.

Faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hadisənin baş verməsinə səbəb yüksək sürət göstərilsə də, araşdırmalar davam edir.

Xatırladaq ki, sentyabrın 20-də "Hyundai" markalı avtomobil Xətai rayonu, Nobel prospekti ilə yüksək sürətlə hərəkətdə olarkən idarəetmədən çıxaraq Əbilov küçəsi, 17 ünvanında elektrik dirəyinə çırpılıb.

Hadisə nəticəsində avtomobil hissələrə bölünüb və içərisində olan 4 nəfər hadisə yerində dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti