...

Yağış yağacaq, hava soyuyacaq - PROQNOZ

Gündəm Materials 25 Sentyabr 2018 13:12 (UTC +04:00)
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Yağış yağacaq, hava soyuyacaq - PROQNOZ

Bakı. Trend:

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Gün ərzində şimal-qərb küləyi güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-21, gündüz 23-26, Bakıda gecə 19-21, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 759 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz olacaq.

Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 25-29, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti təşkil edəcək.

Sentyabrın 26-sı gündüzdən 28-dək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli dəyişməsi fonunda güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti