...

Sofiya adlı robot Bakıda "İnnovasiyalar həftəsi"ndə iştirak edəcək (FOTO)

İqtisadiyyat Materials 26 Sentyabr 2018 19:15 (UTC +04:00)
Oktyabrın 26-30-u Heydər Əliyev Mərkəzi və Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Azərbaycanda ilk dəfə beynəlxalq “İnnovasiyalar həftəsi” keçiriləcək
Sofiya adlı robot Bakıda "İnnovasiyalar həftəsi"ndə iştirak edəcək (FOTO)

Bakı. Hüseyn Vəliyev - Trend:

Oktyabrın 26-30-da Heydər Əliyev Mərkəzi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Azərbaycanda ilk dəfə beynəlxalq “İnnovasiyalar həftəsi” keçiriləcək.

Trend-in məlumatına görə, bununla əlaqədar olaraq Heydər Əliyev Mərkəzinin, nazirliyin, Azərbaycan Kiberidman Federasiyasının nümayəndələri, “Keepface” və “FA International Trade Events” şirkətlərinin rəhbərlərinin iştirakı ilə mətbuat konfransı keçirilib.

“İnnovasiyalar həftəsi” çərçivəsində təşkil olunacaq sərgidə yüksək texnologiyalar sahəsində ən son yeniliklər nümayiş etdiriləcək, forumlar və müsabiqələr keçiriləcək. İştirakçılar həmçinin dünyanın ən inkişaf etmiş süni intellekt hesab olunan Sofiya adlı robotla ünsiyyət qura biləcək.

“FA International Trade Events” şirkətinin rəhbəri Nail Babayevin sözlərinə görə, Sofiya 60-dan çox üz ifadəsini təkrar etmək, müsahibi ilə göz əlaqəsi qura bilmək, insanları yadda saxlamaq və dialoqu davam etdirmək qabiliyyətinə malikdir:

“Sofiya Azərbaycan milli geyimində çıxış edəcək və qonaqları Azərbaycan dilində salamlayacaq”.

Bundan başqa, Azərbaycan Kiberidman Federasiyası ilə birgə “Baku Open Cyber Cup” turniri keçiriləcək. Bu turnir çərçivəsində kompüter oyunları üzrə yarışlar təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti