...

Millət vəkili: Belə avtobus sürücülərini işə qəbul edən özəl şirkətlər də məsuliyyətə cəlb olunmalıdır

Gündəm Materials 5 Oktyabr 2018 13:12 (UTC +04:00)
Belə avtobus sürücülərini işə qəbul edən özəl şirkətlər də məsuliyyətə cəlb olunmalıdır.
Millət vəkili: Belə avtobus sürücülərini işə qəbul edən özəl şirkətlər də məsuliyyətə cəlb olunmalıdır

Bakı. Elçin Mehdiyev – Trend:

Sərnişindaşıma ilə məşğul olan şirkətlərə ciddi nəzarət olunmalıdır. Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.

F.Ağamalı qeyd edib: "Bildiyiniz kimi, bu günlərdə Binə qəsəbəsində avtobus qatarla toqquşdu və xeyli insan yaralandı. Bu, bizim hər birimizi kədərləndirdi. Bu, ilk belə hadisə deyil, buna bənzər hadisələr bir neçə dəfə baş verib. Bakının küçələrində şütüyən avtobuslar kifayət qədər ciddi problemlər yaradırlar. Ümidvaram ki, belə hadisənin səbəbkarı olan sürücü cəzasını alacaq”.

O bildirib ki, həmin sürücüləri işə qəbul edən, ictimai nəqliyyatı tənzimləyən və belə bir səlahiyyəti olan özəl şirkətlərə hər hansı bir cəza tətbiq olunmur: "Bəzi avtobuslarda gediş haqqı karta ödənildiyi halda, bir çoxlarında bu tətbiq olunmadığı üçün ciddi problemlər yaradır".

Deputat təklif edib ki, gələcəkdə həmin sürücüləri işə cəlb edən, onların üzərində yetərincə nəzarət funksiyasını yerinə yetirməyən şirkətlərin də məsuliyyətini artırmaq üçün Cinayət və İnzibati Xətalar məcəllələrinə konkret əlavələr olunmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti