...

Kürdə icazəsiz balıq ovlayan saxlanıldı

Hadisə Materials 12 Oktyabr 2018 10:01 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Kür çayının Yevlax rayonu ərazisində icazəsiz balıq ovlayan şəxs saxlanılıb.
Kürdə icazəsiz balıq ovlayan saxlanıldı

Bakı. İlhamə İsabalayeva - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Kür çayının Yevlax rayonu ərazisində icazəsiz balıq ovlayan şəxs saxlanılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, araşdırma zamanı ov edən şəxsin Mingəçevir şəhər sakini Mehman Bəkirov olduğu müəyyən edilib, ondan müxtəlif növ balıq, ov alətləri və taxta qayıq götürülüb.

Faktla bağlı brakonyer barəsində qanunamüvafiq tədbir görülməsi üçün toplanmış sənədlər Mingəçevir şəhər Məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti