...

DİN Sabunçuda ölümlə nəticələnən avtobus qəzası barədə məlumat yayıb

Gündəm Materials 13 Oktyabr 2018 13:19 (UTC +04:00)
Sabunçuda 208 saylı avtobus qəza törədib.
DİN Sabunçuda ölümlə nəticələnən avtobus qəzası barədə məlumat yayıb

Bakı. Trend:

Sabunçuda 208 saylı avtobus qəza törədib.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, hadisə oktyabrın 12-də saat 22 radələrində baş verib.

Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini Şaməddin Cəfərov idarə etdiyi “Daewoo” markalı 208 saylı xətt avtobusunu qarşıda gedən paytaxt sakini Vüqar Eyyubovun idarə etdiyi “MAN” markalı yük avtomobilinə vurub.

Nəticədə “Man” markalı avtomobilin arxa hissəsində olan fəhlə Eldar Bayramov hadisə yerində ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti