...

Göyçayda yeşik sexlərində icazəsiz əldə edilmiş meşə materialı aşkarlanıb

Gündəm Materials 18 Oktyabr 2018 09:31 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Göyçay rayonu ərazisində reyd keçirilib.
Göyçayda yeşik sexlərində icazəsiz əldə edilmiş meşə materialı aşkarlanıb

Bakı. Samir Əli - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Göyçay rayonu ərazisində reyd keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, reyd zamanı Göyçay rayonu ərazisində fəaliyyət göstərən yeşik hazırlanan sexlərdə icazəsiz yolla əldə edilmiş ümumilikdə 9,0 kub.m həcmində fıstıq cinsli meşə materialı aşkar edilib.

Faktlarla bağlı sexlərin sahibləri Əfqan Rəhimov, Anar Qafurov və Vüqar Zülfüqarov barəsində akt tərtib olunub və ümumilikdə onlara meşə fonduna dəyən 1278 manat məbləğində ziyan tətbiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti