...

Muxtar Babayev: İqlim dəyişikliyinin fəsadlarının qarşısını almaq üçün birgə fəaliyyətə ehtiyac var (FOTO)

Gündəm Materials 26 Oktyabr 2018 16:50 (UTC +04:00)
İqlim dəyişikliyinin fəsadlarının qarşısını almaq üçün birgə fəaliyyətə ehtiyac var.
Muxtar Babayev: İqlim dəyişikliyinin fəsadlarının qarşısını almaq üçün birgə fəaliyyətə ehtiyac var (FOTO)

Bakı. Elçin Mehdiyev – Trend:

İnkişaf səviyyəsindən asılı olmayaraq, dünyada heç bir ölkə iqlim dəyişikliyindən sığortalanmayıb və son hadisələr də bunu sübut edir.

Trend-in məlumatına görə, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Dayanıqlı İnkişafa dair Bakı Forumu çərçivəsində keçirilən "Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün təmiz su təchizatı, o cümlədən iqlim dəyişikliyi və onun təsirləri ilə mübarizə aparmaq üçün əməkdaşlığın gücləndirilməsi" mövzusunda V sessiyada deyib.

M.Babayev bildirib ki, iqlim dəyişikliklyi Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində qarşıya qoyulan hədəflərə çatmağı çətinləşdirir.

Nazir vurğulayıb ki, dünyada içməli su problemi mövcuddur və gələcəkdə bu problem daha da dərinləşəcək: "Bu problemin qarşısının alınması üçün su ehtiyatlarının düzgün idarə olunması, ehtiyatla istifadəsi zəruridir".

Onun sözlərinə görə, iqlim dəyişikliyinin fəsadlarının qarşısını almaq üçün zəruri tədbirlərdən biri də meşə sahələrinin artırılmasıdır.

Nazir hesab edir ki, kənd təsərrüfatının iqlim dəyişikliyinə uyğunlaşdırılması da mühüm tədbirlərdən biridir: "Bütün bu işlərin həyata keçirilməsi və çətinliklərin aradan qaldırılması üçün dünyada birgə fəaliyyətə ehtiyac var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti