...

İlin sonunadək Çində Azərbaycanın ikinci Şərab Evi açılacaq

Gündəm Materials 31 Oktyabr 2018 17:40 (UTC +04:00)
İlin sonunadək Çində Azərbaycanın ikinci Şərab Evi açılacaq
İlin sonunadək Çində Azərbaycanın ikinci Şərab Evi açılacaq

Bakı. Mətanət Nəsibova - Trend:

İlin sonunadək Çində Azərbaycanın ikinci Şərab Evi açılacaq.

Trend-in məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrini icra edən Yusif Abdullayev deyib.

Y.Abdullayev bildirib ki, açılış noyabrın 7-də Şanxay şəhərində baş tutacaq:

“Biz Çin istiqamətində fəal işləyirik və bu il Azərbaycan məhsullarının bu ölkəyə ixracını artırmağı planlaşdırırıq”.

Fond rəhbəri bildirib ki, ötən il Azərbaycan şərabının ümumi ixrac həcmi 6 milyon dollara bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti