...

Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur

Gündəm Materials 17 Noyabr 2018 15:50 (UTC +04:00)
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur.
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur

Bakı. Trend:

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan qeyri-peşəkarlığını və səriştəsizliyini nümayiş etdirərək, Ermənistanın Belarus və Qazaxıstandan prezidentlər səviyyəsində izahat tələb edəcəyini qeyd edib.

Trend-in məlumatına görə, N.Paşinyan bildirib: “Heç kimin bu qəbildən olan bəyanatlarla çıxış etməyə haqqı yoxdur, çünki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında qərarlar konsensus vasitəsilə qəbul olunur və biz bununla əlaqədar mövqeyimizi bildirmişik”.

Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri tərəfindən Belarus Prezidentinin KTMT-nin baş katibi ilə əlaqədar verdiyi açıqlaması "qeyri-korrekt" adlandırılmışdı.

Ermənistan Belarus və Qazaxıstanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur. KTMT-nin baş katibi məsələsi Ermənistanla müzakirə olunmur.

Ermənistan KTMT üzv dövlətləri üçün yükdən və əlavə problemdən başqa bir şey deyil. Ermənistan tamhüquqlu üzv olduğu KTMT-nin rəhbərliyinə Yuri Xaçaturov kimisini gətirməklə bu təşkilatın nüfuzuna və fəaliyyətinə ağır zərbə vurub. Bunun ardınca N.Paşinyan hökuməti həmin şəxsə cinayət işi açmaqla vəziyyəti daha da gərginləşdirdi.

Bütün resursları tükənən və KTMT-nin sonuncu Astana Zirvə toplantısından biabırçı vəziyyətdə geri dönən Ermənistan indi baş nazir səviyyəsində müttəfiq olduğu dövlətlərə qarşı ittihamlar irəli sürür. Bu, nəinki müttəfiq dövlətlər, heç ümumiyyətlə adi münasibətləri olan ölkələr arasında qəbuledilən hal deyil.

Ermənistanın əsas narahatlığı, qısqanclığı və paxıllığı KTMT-nin üzv dövlətləri olan Qazaxıstan və Belarusun Azərbaycana hörməti və rəğbəti, Azərbaycanla bu ölkələr arasında dövlət başçıları səviyyəsində olan etimadlı dost münasibətlərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti