...

Bakıda 15 yaşlı uşaq 44 yaşlı kişini qətlə yetirdi

Gündəm Materials 22 Noyabr 2018 10:33 (UTC +04:00)
Bakıda yeniyetmə qətl törədib.
Bakıda 15 yaşlı uşaq 44 yaşlı kişini qətlə yetirdi

Bakı. Samir Əli - Trend:

Bakıda yeniyetmə qətl törədib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi 4/43 ünvanında baş verib.

Həmin ünvanda yaşayan Bərdə rayon sakini, 1974-cü il təvəllüdlü Əhmədov Əhəd Əhməd oğluna şəxsi münasibətlər zəminində qonşusu, 2003-cü il təvəllüdlü Bayramov Elvin Nurəddin oğlu kəsici-deşici alətlərlə çoxsaylı xəsarətlər yetirib.

Yaralı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Ə.Əhmədov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti