...

Tərtərdə xəsarət alanların ADLARI və VƏZİYYƏTİ barədə xəstəxanadan cavab

Gündəm Materials 29 Noyabr 2018 12:47 (UTC +04:00)
Tərtərdə yanacaqdoldurma məntəqəsində qəza baş verib.
Tərtərdə xəsarət alanların ADLARI və VƏZİYYƏTİ barədə xəstəxanadan cavab

Bakı. Ceyhun Ələkbərov - Trend:

Tərtərdə yanacaqdoldurma məntəqəsində (YDM) qəza baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində iki nəfər yaralanıb. Xəsarət alanlar təcili tibbi yardımla Tərtər rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan Trend-ə verilən məlumata görə, 1966-cı il təvəllüdlü Rzayev Seymur Əli oğlu və 1995-ci təvəllüdlü Məmmədli Əsgər Səlim oğlunun vəziyyətləri ağırdır.

Məlumatda həmçinin deyilir ki, hazırda baş həkim başda olmaqla xəstəxananın həkim heyəti xəsarət alanların yanındadırlar.

X X X

Fövqəladə Hallar Nazirliyi Tərtərdə baş verən partlayışla bağlı məlumat yayıb.

Trend-in nazirliyin saytına istinadən məlumatına görə, rayonun Qaradağlı kəndində “PAT OİL” yanacaqdoldurma məntəqəsinin ərazisində yanacaqdaşıyan avtomobildən tutumu 60 ton olan yeraltı yanacaq çəninə benzin yanacağı doldurularkən çənin üst qapağında partlayış nəticəsində alışma baş verib.

Nəticədə çənin üst hissəsi, üzərində quraşdırılmış, ümumi sahəsi 120 kv.m olan talvar və 15 p.m elektrik kabeli yanıb. Hadisə zamanı yanacaqdoldurma məntəqəsində işləyən 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yanacaqdoldurma məntəqəsinin ərazisində olan yanacaqla dolu yeraltı çənlər və digər avadanlıqlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddət ərzində söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti