...

Quldurluqda təqsirləndirilən şəxs: Bekarçılıqdan ürəyim sıxıldı, evə basqın etdim

Gündəm Materials 29 Noyabr 2018 16:38 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən 2000-ci il təvəllüdlü Cavid Əhmədovun məhkəməsi davam etdirilib.
Quldurluqda təqsirləndirilən şəxs: Bekarçılıqdan ürəyim sıxıldı, evə basqın etdim

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən 2000-ci il təvəllüdlü Cavid Əhmədovun məhkəməsi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

C.Əhmədov elan olunmuş ittihamla özünü təqsirli bilib.

O bildirib ki, həmin gün qonşusunun ad günündə spirtli içki qəbul edib: “Anamla tək qalırdım, həmin gün bekarçılıqdan ürəyim sıxılırdı, çox darıxırdım. Evdən suvenir xəncəri götürüb həmin evə getdim. Elə bilirdim ki, orada heç kim yaşamır. Pəncərədən içəri daxil olub qadının yatdığını gördüm və onu oyadıb, 150 manat pul istədim.

Mənə elə o qədər pul lazım idi. Amma vermədi, qışqırdı. Əri yanında yatmışdı. Bu zaman əri oyandı, xəncəri özüm ona təhvil verdim. Mənim əl-qolumu bağladı, sonra qonşular yığışdı. Polis çağırıb məni onlara təhvil verdilər”.

Proses dekabrın 10-da davam etdiriləcək.

İttihama görə, C.Əhmədov sərxoş vəziyyətdə Qaradağ rayonu, Ələt qəsəbəsində yaşayan Nicat Əhmədovun evinə daxil olaraq Elnarə Əhmədovanı xəncərlə hədələyib qadından 150 manat pul istəyib. Səsə oyanan N.Əhmədov onu zərərsizləşdirib.

C.Əhmədov Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti