...

Bankdan kredit götürüb Azərbaycana qaçan şəxs ölkəsinə qaytarıldı

Gündəm Materials 30 Noyabr 2018 13:01 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində İranda dələduzluqda təqsirləndirilən Mohommadreza Ahmadi öz ölkəsinə ekstradisiya edilməsi ilə bağlı Azərbaycan Ədliyyə Nazirliyinin verdiyi təqdimat üzrə məhkəmə prosesi başa çatıb.
Bankdan kredit götürüb Azərbaycana qaçan şəxs ölkəsinə qaytarıldı

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində İranda dələduzluqda təqsirləndirilən Mohommadreza Ahmadi öz ölkəsinə ekstradisiya edilməsi ilə bağlı Azərbaycan Ədliyyə Nazirliyinin verdiyi təqdimat üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məhkəmə M.Ahmadinin İrana ekstradisiya olunması barədə qərar çıxarıb.

İttihama görə, İran vətəndaşı M.Ahmadi öz ölkəsində bankdan kredit götürərək qaytarmayıb. Təbriz Şəhər Məhkəməsi M.Ahmadi barəsində 2 il həbs qərarı çıxarıb və barəsində beynəlxalq axtarış elan olunub.

M.Ahmadi bu il Azərbaycanda saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti