...

Sabah gözlənilən hava şəraiti açıqlanıb

Gündəm Materials 12 Dekabr 2018 12:32 (UTC +04:00)
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Sabah gözlənilən hava şəraiti açıqlanıb

Bakı. Trend:

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və gündüz bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi ilə arabir güclənəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8, gündüz 10-12 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz olacaq.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti təşkil edəcək.

Dekabrın 13-də Abşeron yarımadasında arabir güclənən mülayim xəzri küləyinin əsəcəyi və rütubətli hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti