...

Azərbaycanda vakansiyalar üzrə avtomatlaşdırılmış bank yaradılacaq

İqtisadiyyat Materials 19 Dekabr 2018 10:07 (UTC +04:00)
Azərbaycanda vakansiyalar üzrə avtomatlaşdırılmış bank yaradılacaq.
Azərbaycanda vakansiyalar üzrə avtomatlaşdırılmış bank yaradılacaq

Bakı. Azad Həsənli - Trend:

Azərbaycanda vakansiyalar üzrə avtomatlaşdırılmış bank yaradılacaq.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Azərbaycanda insan kapitalı üzrə forum"da deyib.

Ölkədə əmək bazarının inkişafı və əhalinin məşğulluğunun təmin edilməsini nəzərdə tutan digər tədbirlərə gəlincə, nazir əmək bazarı üzrə Milli Observatoriyanın yaradılmasını qeyd edib:

"Bu qurum əmək bazarında tələb və təklifləri proqnozlaşdırmağa və mövcud əmək resurslarını təhlil etməyə imkan verəcək, yeni iş yerlərinin yarasılmasını stimullaşdıracaq".

S.Babayev qeyd edib ki, insan kapitalına investisiyalar ölkə iqtisadiyyatının davamlı inkişafı üçün əsas şərtdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti