...

Bakıda "Gelandewagen" aşıb, sıxlıq yaranıb

Hadisə Materials 19 Dekabr 2018 18:58 (UTC +04:00)
Hadisə yerinə YPX əməkdaşları cəlb olunub.
Bakıda "Gelandewagen" aşıb, sıxlıq yaranıb

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda zəncirvari qəza olub. Trend-in məlumatına görə, hadisə akademik Şəfayət Mehdiyev küçəsində qeydə alınıb.

Qəzada iştirak edən hər üç avtomobil - "Mercedes C class", "Mercedes S class" və "Gelandewagen" markalı avtomobillərə ciddi ziyan dəyib. Xəsarət alanlar barədə məlumat yoxdur.

Qəza nəticəsində "Gelandewagen" markalı avtomobil aşaraq yolu kəsib. Yolda avtomobillərin hərəkətində sıxlıq yaranıb. Hadisə yerinə YPX əməkdaşları cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti