...

Bakı metrosunda ölüm hadisəsi baş verib

Gündəm Materials 4 Yanvar 2019 21:42 (UTC +04:00)
Bakı metrosunda ölüm hadisəsi qeydə alınıb
Bakı metrosunda ölüm hadisəsi baş verib

Bakı. Samir Əli - Trend:
Bakı metrosunda ölüm hadisəsi qeydə alınıb. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, hadisə axşam saatlarında baş verib: " "Həzi Aslanov" stansiyasından hərəkətdə olan qatar "Ulduz" stansiyasına yaxınlaşarkən bir nəfər sərnişin özünü pis hiss edib. Sərnişin "Ulduz" stansiyasında düşürülüb və təcili tibbi yardım briqadası çağırılıb. Sərnişin stansiyada dünyasını dəyişib.

Araşdırmalar zamanı həmin şəxsin Bakı şəhər sakini, 1953-cü il təvəllüdlü Mahir Kazımov olduğu müəyyən edilib".

Meyit aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti