...

FHN: Qubada 3 mağaza yanıb (YENİLƏNİB) (VİDEO)

Gündəm Materials 10 Yanvar 2019 13:16 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi Qubada baş verən yanğınla bağlı məlumat yayıb.
FHN: Qubada 3 mağaza yanıb (YENİLƏNİB) (VİDEO)

İlk xəbər saat 10:46-da yayılıb

Bakı. Samir Əli - Trend:

Fövqəladə Hallar Nazirliyi Qubada baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Quba rayonunun mərkəzində bir dam altında tikilmiş, ümumi sahəsi 60 m² olan üç mağazanın (hər mağazanın sahəsi 20 m²) yanar konstruksiyaları yanıb. Bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

XXX

saat 10:46

Qubada mağazalar şəbəkəsində yanğın olub.

Trend-in məlumatına görə, rayonun Heydər Əliyev prospekti, 29-cu məhəllədə yerləşən "Birja" mağazalar şəbəkəsində baş verən yanğın nəticəsində şəbəkəyə daxil olan 5 mağaza yanıb.

Hadisə naqillərdə baş verən qısaqapanmadan yaranıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadaları hadisə yerinə cəlb edilib. FHN əməkdaşları və sahibkarların köməyi ilə həmin mağazalardan 5-də olan malların bir qismi çıxarılsa da, 1 mağaza tam olaraq yanıb.

Artıq yanğının qarşısı alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti