...

“Apple” 3 yeni “iPhone” təqdim edəcək

İqtisadiyyat Materials 21 Yanvar 2019 13:55 (UTC +04:00)
“Apple” şirkəti 2019-cu ilin payızında 3 yeni “iPhone” təqdim edəcək
“Apple” 3 yeni “iPhone” təqdim edəcək

Bakı. Trend:

“Apple” şirkəti 2019-cu ilin payızında 3 yeni “iPhone” təqdim edəcək.

Trend-in məlumatına görə, bu barədə “The Wall Street Journal” yazıb.

Məlumatlara əsasən, yeni modellər üç arxa kameraya sahib olacaq. Digər iki model isə ənənəvi iki kameralı olacaq.

Bundan başqa, “Apple”ın LCD-ekran texnologiyasına sadiq qalacağı bildirilib.

Şirkət bu məlumatlar barədə şərh verməyib.

Xatırladaq ki, ötən ilin payızında da “Apple” 3 model - iPhone XS, iPhone XS Max и iPhone XR – modellərini, eləcə də Apple Watch 4 saatını təqdim etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti