...

20 Yanvar faciəsinə həsr olunmuş "İstiqlalımızın ilk qərənfilləri" adlı tədbir keçiriləcək

Gündəm Materials 17 Yanvar 2019 04:20 (UTC +04:00)
Yanvarın 18-də saat 14:00-da Milli Azərbaycan Tarixi Muzeyinin konfrans zalında “20 Yanvar – Ümumxalq Hüzn Günü”nə həsr olunmuş "İstiqlalımızın ilk qərənfilləri" adlı tədbir keçiriləcək.
20 Yanvar faciəsinə həsr olunmuş "İstiqlalımızın ilk qərənfilləri" adlı tədbir keçiriləcək

Bakı. Trend:

Yanvarın 18-də saat 14:00-da Milli Azərbaycan Tarixi Muzeyinin konfrans zalında “20 Yanvar – Ümumxalq Hüzn Günü”nə həsr olunmuş "İstiqlalımızın ilk qərənfilləri" adlı tədbir keçiriləcək.

Muzeydən Trend-ə verilən məlumata görə, tədbir Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsi tərəfindən təşkil olunub.
Çıxışlardan sonra tədbir iştirakçıları muzeydə mühafizə olunan rəsm əsərlərindən ibarət kiçik sərgi ilə yanaşı, tədbir ərzində Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinin tələbələri tərəfindən çəkilmiş rəsmlərlə də tanış ola biləcəklər.

Bu kimi tədbirlərin məqsədi də gənclərdə milli mənlik şüurunun formalaşdırmaq və vətənpərvərlik hisslərinin aşılamaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti