...

"Yanan vaflilər"lə bağlı RƏSMİ açıqlama (VİDEO)

Gündəm Materials 16 Yanvar 2019 16:05 (UTC +04:00)
Qida Təhlükəsizliyi Agentliyi son günlər sosial şəbəkələrdə vaflinin yanmasını əks etdirən videolarla bağlı yayılan məlumatlara münasibət bildirib.
"Yanan vaflilər"lə bağlı RƏSMİ açıqlama (VİDEO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Qida Təhlükəsizliyi Agentliyi son günlər sosial şəbəkələrdə vaflinin yanmasını əks etdirən videolarla bağlı yayılan məlumatlara münasibət bildirib.

Agentlikdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, vaflinin yanması onun təhlükəli qida olmasının göstəricisi deyil. Belə ki, vafli qidalı, yüкsək kalorili və asan həzm olunan çoхməsaməli, səthi şəbəkəli məmulatdır. Bəzəkli və içlikli vaflilərdə şokolad, qəhvə, meyvə-giləmeyvə yarımfabrikatları, qoz, badam, müхtəlif tamlı və ətirli maddələr istifadə edilir.

Vaflinin dad və quruluşuna təsir edən əsas komponentlərdən biri də yağdır:

"Yağlar vafliyə yumuşaqlıq verməklə yanaşı, xəmirin məsaməliliyini artırır. Burada müxtəlif təsirlərə dözümlü qatı bitki yağlarından istifadə edilir. Yağ vaflinin tərkibində qluten və nişastanın birləşərək kütlə əmələ gətirməsinin qarşısını alaraq onu yumşaq və asan həzm olunan edir. Həm tərkibində yeyinti yağları olması, həm vafli təbəqələri hazırlanarkən bişirilmə qablarının yağlanması, eyni zamanda mövcud CH (karbohidrat) qruplarının havanın oksigeni ilə asanlıqla reaksiyaya girməsi vaflinin yanmasına səbəb olur".

Agentlikdən qeyd edilib ki, ümumiyyətlə qida məhsullarının tərkibində yağlar olduğundan onların yanması tamamilə təbii haldır: "Məhsulun yanması onun təhlükəsizlik və ya keyfiyyət göstəricisi hesab oluna bilməz. Qida məhsullarının keyfiyyəti və təhlükəsizliyini yalnız laborator müayinələr və analizlər vasitəsi ilə müəyyənləşdirmək mümkündür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti