...

Diqqət! Bu yolda hərəkət 1 günlük məhdudlaşdırılır

Gündəm Materials 21 Yanvar 2019 11:36 (UTC +04:00)
Bu yolda hərəkət 1 günlük məhdudlaşdırılır.
Diqqət! Bu yolda hərəkət 1 günlük məhdudlaşdırılır

Bakı. Samir Əli - Trend:

Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinə gedən yol üzərindən keçən dəmir yolu xətlərinin yenilənməsi və təmiri işləri ilə əlaqədar olaraq bu gün səhər saatlarından etibarən sözügedən yolla hərəkət 1 günlük məhdudlaşdırılıb.

Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Sürücülərdən alternativ olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Sumqayıt dairəvi hissəsindən istifadə etmələri tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti