...

Fransa səfirinin müşavirinin həyat yoldaşı Bakıda yol qəzasına düşdü

Gündəm Materials 23 Yanvar 2019 09:21 (UTC +04:00)
Bakıda xarici ölkə vətəndaşı yol qəzasına düşüb.
Fransa səfirinin müşavirinin həyat yoldaşı Bakıda yol qəzasına düşdü

Bakı. Samir Əli - Trend:

Bakıda xarici ölkə vətəndaşı yol qəzasına düşüb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Nobel prospekti, 9 saylı ünvanın qarşısında baş verib.

1993-cü il təvəllüdlü Məmmədhəsənli Ramil Şahmar oğlu idarə etdiyi "BMW" markalı 99-FG-121 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən ara məsafəsi saxlamadığından eyni istiqamətdə hərəkət edən Fransanın Azərbaycandakı səfirinin əməkdaşlıq və mədəniyyət üzrə müşavirinin həyat yoldaşı, 1982-ci il təvəllüdlü Viza Kostenkonun idarə etdiyi "Toyota Prado" markalı 002 D 004 nömrə nişanlı avtomobilə çırpılıb.

Hadisə nəticəsində hər iki avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti