...

Tovuzda iki avtomobil toqquşdu, 2 nəfər ağır yaralandı

Hadisə Materials 24 Yanvar 2019 10:15 (UTC +04:00)
Tovuz rayonunda yol qəzası baş verib.
Tovuzda iki avtomobil toqquşdu, 2 nəfər ağır yaralandı

Bakı. Samir Əli - Trend:

Tovuz rayonunda yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun İbrahim Hacılı kəndi ərazisində baş verib.

Kənd ərazisində hərəkətdə olan "VAZ 2107" markalı avtomobil qarşıdan gələn "QAZ 31" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində kənd sakinləri, 1979-cu il təvəllüdlü Elnur Zeynalov və 1962-ci il təvəllüdlü Möhtəbər Həsənov ağır bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti