...

Bakıda 33 məntəqədə çatışmayan yol nişanları quraşdırılıb (FOTO)

Gündəm Materials 18 Fevral 2019 11:51 (UTC +04:00)
Bakı Nəqliyyat Agentliyi paytaxt ərazisində mövcud dəmiryol keçidlərində yol nişanları və nişanlanmadakı çatışmazlıqların aradan qaldırılması işlərinə başlayıb.
Bakıda 33 məntəqədə çatışmayan yol nişanları quraşdırılıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakı Nəqliyyat Agentliyi paytaxt ərazisində mövcud dəmiryol keçidlərində yol nişanları və nişanlanmadakı çatışmazlıqların aradan qaldırılması işlərinə başlayıb.

Agentlikdən Trend-ə verilən məlumata görə, görülən işlər çərçivəsində 33 məntəqədə çatışmayan yol nişanları quraşdırılıb. Növbəti mərhələdə müvafiq nişanlanma işləri də aparılacaq.

Məqsəd avtomobil yolları ilə dəmiryol xətlərinin kəsişmələrində hərəkətin təhlükəsizliyinin təmin edilməsi və qəza riskinin azaldılmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti