...

Binəqədidə yaşayış binasında yanğın söndürüldü - Yanğının SƏBƏBİ? (FOTO) (YENİLƏNİB)

Gündəm Materials 9 Mart 2019 09:51 (UTC +04:00)
Səhər saatlarında Bakının Binəqədi rayonunda, Koroğlu 74 ünvanında yaşayış binasında yanğın baş verib.
Binəqədidə yaşayış binasında yanğın söndürüldü - Yanğının SƏBƏBİ? (FOTO) (YENİLƏNİB)

Bakı. Elçin Mehdiyev - Trend:

İlk xəbər saat 09:05-də yayımlanıb

Səhər saatlarında Bakının Binəqədi rayonunda, Koroğlu 74 ünvanında yaşayış binasında başlayan yanğın söndürülüb.

Trend-in məlumatına görə, yanğın zamanı xəsarət alan olmayıb, lakin sakinlərdən bəziləri özlərini pis hiss etdikləri üçün hadisə yerinə təcili yardım briqadası cəlb edilib və onlara yerində yardım göstərilib.

Yanğının elektrik xətlərində qısaqapanma səbəbindən baş verdiyi bildirilir.

X X X

Səhər saatlarında Bakının Binəqədi rayonunda, Koroğlu 74 ünvanında yaşayış binasında yanğın baş verib.

Trend-in məlumatına görə, yanğın binanın 3-cü mərtəbəsində başlayıb.

Yanğınla əlaqədar bina sakinlərin təxliyə olunub. Hazırda hadisə yerində yanğınsöndürmə briqadası çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti