...

ABŞ Çin jurnalistlərini ölkədən çıxarır

Dünya xəbərləri Materials 25 Fevral 2020 05:55 (UTC +04:00)
ABŞ "Wall Street Journal"ının üç jurnalistinin akkreditasiyalarını ləğv edilməsinə cavab olaraq Çin jurnalistlərini ölkədən qovmağı düşünür
ABŞ Çin jurnalistlərini ölkədən çıxarır

Bakı. Trend:

ABŞ "Wall Street Journal"ının üç jurnalistinin akkreditasiyalarını ləğv edilməsinə cavab olaraq Çin jurnalistlərini ölkədən qovmağı düşünür.

Trend-in məlumatına görə, Çin Xarici İşlər Nazirliyi "Çin - əsl Asiya xəstəsi" adlı koronavirusla əlaqəli məqaləyə görə "Wall Street Journal"ının üç jurnalistinin akkreditasiyalarını ləğv edib. Pekin məqalənin hökumətin və xalqın epidemiya ilə mübarizədəki səylərini ləkələdiyini və qəzetin redaktorlarının Çin xalqının hədsiz qəzəbinə və beynəlxalq birliyin qınağına səbəb olan sensasiyalı irqçi başlıq verdiyini bildirib.

Məlumata görə, mümkün cavabların müzakirə edilməsi əvvəllər Pekində "WSJ" jurnalisti kimi çalışan Milli Təhlükəsizlik Müşavirinin müavini Met Pottingerin rəhbərliyi ilə administrasiya rəsmilərinin Ağ Evdəki iclasında planlaşdırılıb.

ABŞ-ın Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Ulliot bu barədə deyib: "Bu ("WSJ" jurnalistlərinin Çindən xaric edilməsi - red.), mətbuatı idarə etmək və dünyanın hər yerindən olan oxucuların və investorların Çin haqqında vacib xəbərləri oxumalarına mane olmaq üçün edilən cəhddir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti