...

Antalyanın vətəndaş cəmiyyəti Azərbaycana dəstəyini ifadə edib

Gündəm Materials 9 Oktyabr 2020 15:13 (UTC +04:00)
Antalyanın vətəndaş cəmiyyəti Azərbaycana dəstəyini ifadə edib

Bakı. Trend:

Türkiyənin Antalya şəhərində fəaliyyət göstərən siyasi partiyalar və qeyri-hökümət təşkilatları işğalçı Ermənistanın Azərbaycana qarşı hücumunı sərt şəkildə pisləyiblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, "Antalya Azərbaycan Mədəniyyət və Birlik Təşkilatı"nın ofisini ziyarət edən siyasi partiyaların, müxtəlif icmaların nümayəndələri hər zaman Azərbaycan dövlətinin yanında olduqlarını və Azərbaycan ordusunu dəstəklədiklərini ifadə ediblər.

Tədbirdə işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki yaşayış məntəqələrini və infrastrukturunu raket atəşinə tutması pislənilib. Azərbaycan ordusunun Qarabağ cəbhəsində inamla irəlilədiyi və torpaqlarımızı qarış-qarış işğaldan azad etdiyi barədə məlumat verilib. İştirakçılara Ermənilərin 1992-ci ildə xüsusi amansızlıqla törətdiyi Xocalı soyqırımından bəhs edən kitab, broşür və CD-lər təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti