...

ANAMA-nın direktoru: Ermənistan Gəncəni “Elbrus” raketi ilə vurub

Gündəm Materials 12 Oktyabr 2020 16:35 (UTC +04:00)

Bakı. Trend:

Gəncəyə atılan raketin bir hissəsinin qalıqları Mingəçevirdə dağlıq əraziyə düşüb. Bu gün həmin raketin ən son qalıqları tapılıb.

Trend-in məlumatına görə, bunu Gəncədə jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib.

“Raketin qalıqlarının üzərində 8K-14 yazılıb. Bu, bizə dəqiq deməyə imkan verir ki, Gəncəyə atılan “Elbrus” raketi olub. Onun uzunluğu 11,2 metrdir. Dinc sakinlərə qarşı belə raketdən istifadə etmək hərbi cinayət olmaqla bərabər, vandalizm aktıdır”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti