...

Ermənilər Ağdamın kəndlərini atəşə tutur, 3 evə mərmi düşüb (FOTO)

Gündəm Materials 14 Oktyabr 2020 11:36 (UTC +04:00)
Ermənilər Ağdamın kəndlərini atəşə tutur, 3 evə mərmi düşüb (FOTO)

Ağdam. Samir Əli - Trend:

Ermənistan silahlı qüvvələri Ağdam rayonunun yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, ermənilərin artilleriya atəşi nəticəsində Ağdamın Rzalar kəndinə bir neçə mərmi düşüb.

Hadisə nəticəsində kənd sakini, Ərşad Qurbanov və onun oğluna məxsus evlərə, eləcə də qonşuluqda yaşayan Binnət Quliyevin evinə mərmi düşüb. Tikililər dağılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti