...

Ermənistanın Bərdəyə raket hücumu nəticəsində həlak olan şəxslərin adları açıqlandı

Siyasət Materials 28 Oktyabr 2020 21:01 (UTC +04:00)
Ermənistanın Bərdəyə raket hücumu nəticəsində həlak olan şəxslərin adları açıqlandı

Bakı. Trend:

27 sentyabr 2020-ci il tarixdən Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan şəhər və rayonlarımıza raket və ağır artilleriya zərbələri endirir.

Baş Pokurorluqdan Trend-ə verilən məlumata görə, Ermənistanın təcavüzkar siyasətinin davamı olaraq, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan “Smerç” tipli əməliyyat-taktiki təyinatlı 9M525 gəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik “claster” tipli 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak olmuş (siyahı əlavə olunur), 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.

Bundan başqa, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəymişdir.

Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilmişdir.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edir ki, Ermənistanın işğalçı və təcavüzkar mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, beynəlxalq və milli qanunvericiliyə əsasən təqsirkar şəxsərin məsuliyyətə cəlb edilməsi və sanksiyaların tətbiq olunması məqsədilə beynəlxalq qurumlara müraciət edilməklə mümkün olan bütün tədbirlər görüləcək.

Bərdə terrorunun qurbanlarının siyahısı:

1961-ci il təvəllüdlü Qasımova Solmaz Sədrəddin qızı

1955-ci il təvəllüdlü Süleymanov Hümmət Süleyman oğlu

1969-cu il təvəllüdlü Mustafayeva Leyla Elmir qızı

1972-ci il təvəllüdlü Mirzalıyev Çərkəz Xanlar oğlu

1972-ci il təvəllüdlü Hüseynova Gülşən Mehrab qızı

1995-ci il təvəllüdlü Mirzalıyeva Tükəzban Çərkəz qızı

1983-cü il təvəllüdlü Allahverdiyev Əsgər Mahir oğlu

1990-cı il təvəllüdlü Cəfərov Amil Fazil oğlu

1969-cu il təvəllüdlü Hacıyev Fazil Hacı oğlu

1980-ci il təvəllüdlü Əhmədov Mirsahir Yusif oğlu

1990-cı il təvəllüdlü Kazımov Dəyanət Tahir oğlu

1993-cü il təvəllüdlü Əliyev Sadiq Sahib oğlu

1984-cü il təvəllüdlü Abbasov Ruslan Məhəmməd oğlu

1977-ci il təvəllüdlü Xıdırov İntiqam Ələmdar oğlu

1991-ci il təvəllüdlü Şəfiyev Rəşad Vaqif oğlu

1990-cı il təvəllüdlü İsmayıllı Vasif Vaqif oğlu

1984-cü il təvəllüdlü İsgəndərov Yalçın Rizvan oğlu

1947-ci il təvəllüdlü Quliyev Ağamoğlan Bəylər oğlu

1988-ci il təvəllüdlü İsmayılov Fuad İsa oğlu

1971-ci il təvəllüdlü Mustafayev Məhərrəm Ənvər oğlu

1960-cı il təvəllüdlü Əliyeva Almaz Salah qızı (2020-ci il oktyabrın 27-də xəsarət almış, 2020-ci il oktyabrın 28-də isə vəfat etmişdir)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti