...

Sərhədlərin açılması Gürcüstanda iqtisadi vəziyyətə müsbət təsir göstərəcək - Nazir

Gündəm Materials 25 May 2021 17:40 (UTC +04:00)
Sərhədlərin açılması Gürcüstanda iqtisadi vəziyyətə müsbət təsir göstərəcək - Nazir

Bakı. Tamilla Məmmədova - Trend:

Sərhədlərin açılması Gürcüstanda iqtisadi vəziyyətə müsbət təsir göstərəcək.

Trend-in məlumatına görə, bunu ölkənin iqtisadiyyat naziri Natiya Turnava deyib.

Onun sözlərinə görə, turizmin artımı larinin məzənnəsinə də müsbət təsir edəcək: "Sərhədlərin xarici turistlər üçün mərhələli şəkildə açılması iqtisadi vəziyyətimizə bilavasitə təsir edəcək. Quru sərhədlərinin açılmasından sonra turistlərin sayı da artacaq".

Qeyd edək ki, Gürcüstan iyunun 1-dən etibarən qonşu ölkələrlə, o cümlədən Azərbaycanla quru sərhədlərini açacaq.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti