...

Yol polisi maskadan istifadə ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi

Gündəm Materials 31 May 2021 15:26 (UTC +04:00)
Yol polisi maskadan istifadə ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi

Bakı. Samir Əli - Trend:

Bu gündən Azərbaycanda açıq havada maska taxmaq məcburiyyəti ləğv edilsə də, bu qərar qapalı məkanlara, o cümlədən ictimai nəqliyyata aid deyil.

Trend-in məlumatına görə, bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Namidan Piriyev hərəkət iştirakçılarına müraciətindən deyib. Müraciətdə bildirilir ki, açıq havada maska taxmaq məcburiyyətinin ləğv edilməsi o demək deyil ki, ictimai nəqliyyatda və şəxsi avtomobillərdə maska taxmamaq olar. Yenə də olduğu kimi ictimai nəqliyyatdan və taksi xidmətlərindən istifadə edən insanlar tibbi maskadan mütləq istifadə etməlidir.

Şəxsi nəqliyyat vasitələrinə gəlincə isə sürücü avtomobildə tək və ya ailə üzvləri ilə birgə gedirsə, maskadan istifadə etməyə bilər. Lakin avtomobildə digər şəxslər olduqda həm sürücü, həm də sərnişin tibbi maskadan mütləq istifadə etməlidir. Əks halda, İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti