...

Ağacları kəsən şəxs cəzalandırılıb

Gündəm Materials 2 İyun 2021 12:20 (UTC +04:00)
Ağacları kəsən şəxs cəzalandırılıb

Bakı. Samir Əli - Trend:

Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Xidmətin rəsmisi Bəhruz Məhəmmədov Trend-ə bildirib ki, araşdırma zamanı qəsəbə ərazisində Gülçiçək Mirzəyevanın istifadəsinə verilmiş torpaq sahəsində tikinti işləri zamanı 2 qovaq ağacının kəsildiyi və təbiətə 2580 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Suraxanı Rayon Prokurorluğuna göndərilib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti