...

Moldovada yaşayan azərbaycanlılar beynəlxalq təşkilatlara müraciət edib

Gündəm Materials 9 İyun 2021 15:22 (UTC +04:00)
Moldovada yaşayan azərbaycanlılar beynəlxalq təşkilatlara müraciət edib

Bakı. Trend:

Moldovadakı Azərbaycanlılar Konqresi (MAK) Ermənistanın antihumanist siyasətinə etiraz məqsədilə beynəlxalq təşkilatlara müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Konqresin sədri Elçin Bayramovun imzaladığı bəyanatda bildirilib ki, azərbaycanlı jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun ölümü Ermənistan hakimiyyətinin vicdanındadır: "Bu hadisə bir daha göstərir ki, Ermənistan qəsdən bu ərazilərdə minalar yerləşdirib, etibarlı sülhə mane olur. Ermənistan indiyədək beynəlxalq hüquq normalarını və prinsiplərini pozaraq minalaşdırılmış ərazilərin xəritələrini verməkdən imtina edir".

Moldovadakı azərbaycanlıların Ermənistanın antihumanist siyasətini hiddətlə pislədiyini nəzərə çatdıran konqres sədri beynəlxalq ictimaiyyəti və təşkilatları təcili olaraq Ermənistanın hakimiyyət orqanlarını beynəlxalq hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməyə məcbur etməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti