...

Qadın işçisini döyən vəzifəli şəxs tutulub

Gündəm Materials 11 İyun 2021 13:21 (UTC +04:00)
Qadın işçisini döyən vəzifəli şəxs tutulub

Bakı. Samir Əli - Trend:

Şəmkirdə qadın işçisini döyən vəzifəli şəxs tutulub.

Baş Prokurorluqdan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, martın 4-də rayonun Kür Qəsəbə Mənzil İstismar Sahəsində (MİS) kargüzar işləyən Aliyə Kazımovanın həmin MİS-in rəisi Vazeh Vəliyev tərəfindən döyülməsi və V.Vəliyevin iş yerində daim münaqişə yaratması ilə bağlı müraciətləri əsasında rayon prokurorluğundan araşdırma aparılıb.

Araşdırmalarla V.Vəliyevin vəzifə səlahiyyətlərini aşaraq tabeçiliyində işləyən kargüzar A.Kazımoya zor tətbiq etməklə sonuncuya xəsarət yetirməsi faktına görə barəsində Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə cinayət işi başlanıb. V. Vəliyev şübhəli şəxs qismində tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti