...

İyunun 15-də Bakıda marşrut avtobusları fəaliyyət göstərəcək - BNA

Gündəm Materials 14 İyun 2021 15:33 (UTC +04:00)
İyunun 15-də Bakıda marşrut avtobusları fəaliyyət göstərəcək - BNA

Bakı. Samir Əli - Trend:

15 İyun - Milli Qurtuluş Günü qeyri-iş günü və 20 iyun bazar günü olmasına baxmıyaraq, Bakı şəhəri üzrə müntəzəm marşrut xətləri üzrə sərnişindaşımaları adi rejimdə yerinə yetiriləcək.

Bu barədə Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat katibi Mais Ağayev deyib.

O bildirib ki, xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti