...

TİHEK nümayəndə heyəti faktaraşdırıcı missiyanı Tərtər rayonunda davam etdirib (FOTO)

Gündəm Materials 30 İyun 2021 22:48 (UTC +04:00)
TİHEK nümayəndə heyəti faktaraşdırıcı missiyanı Tərtər rayonunda davam etdirib (FOTO)

Bakı. Trend:

Ombudsman Səbinə Əliyeva və Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) sədri Süleyman Arslanın rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən ən çox atəşə məruz qalmış rayon olan Tərtərdə faktaraşdırıcı missiya həyata keçiriblər.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyətinin üzvləri 44 günlük müharibə zamanı yaşayış məntəqələrinin beynəlxalq humanitar hüququn qaydalarına zidd olaraq atəşə tutulması faktları ilə yerində tanış olub və ətraflı məlumatlandırılıb.

Əvvəlcə Tərtərdə Ermənistan silahlı qüvvələri tərəfindən “Smerç” tipli raket atəşinə məruz qalmış pambıq zavoduna baxış keçirilib. Nümayəndə heyəti Tərtər şəhər qəbiristanlığında da olaraq, dəfn mərasimi zamanı ərazinin atəşə tutulması nəticəsində dörd mülki şəxsin həlak olması faktı barədə məlumatlandırılıb. Daha sonra ağır artilleriya və raket hücumları nəticəsində insan tələfatının baş verdiyi, habelə ciddi ziyan vurulmuş mülki obyektlərdə monitorinq keçirilib.
Həyata keçirilmiş yerində araşdırmalar zamanı TİHEK tərəfindən səfərin yekunu olaraq beynəlxalq təşkilatlara ünvanlanacaq hesabatın hazırlanması üçün zəruri məlumatlar və dəlillər toplanılıb.

Qeyd edək ki, Türkiyədən olan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti