...

ABŞ-da atışma zamanı beş nəfər xəsarət alıb.

Dünya xəbərləri Materials 1 Avqust 2021 07:03 (UTC +04:00)
ABŞ-da atışma zamanı beş nəfər xəsarət alıb.

Bakı. Trend:

ABŞ-ın Indianapolis ştatında baş verən atışma nəticəsində ən azı 5 nəfər yaralanıb.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, atışma şənbə günü yerli vaxtla 16:30 (00:30 GMT+4) baş verib.

Hadisə yerinə gələn polislər aralarında dörd yaşlı qız olmaqla üç yaralını xəstəxanaya çatdırıblar. Daha sonra iki digər yaralı xəstəxanaya yerləşdirilib.

İstintaq aparılır. Hadisənin səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti