...

Jukovski-Bakı reysi gecikir, sərnişinlərin daşınması üçün başqa təyyarə göndəriləcək

Gündəm Materials 6 Avqust 2021 13:00 (UTC +04:00)
Jukovski-Bakı reysi gecikir, sərnişinlərin daşınması üçün başqa təyyarə göndəriləcək

Bakı. Trend:

Jukovski hava limanından Bakıya yerinə yetirilən “Buta Airways” aviaşirkətinin J2 9982 nömrəli reysi texniki səbəbdən gecikir.

“Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, reysə 174 sərnişin qeydiyyatdan keçib. Onların daşınması üçün Bakıdan başqa təyyarə göndəriləcək:

"Hava limanında olan və yola düşməyi gözləyən sərnişinlər içki və yeməklə təmin ediləcəklər".

Xəbər lenti

Xəbər lenti