...

Türkiyədə seldə ölənlərin sayı 38-ə çatıb

Gündəm Materials 13 Avqust 2021 22:54 (UTC +04:00)
Türkiyədə seldə ölənlərin sayı 38-ə çatıb

Bakı. Trend:

Türkiyədə seldə ölənlərin sayı artıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca özünü tvitter səhifəsində yazıb.

Bildirilir ki, Kastamonuda 32, Sinopda 6 nəfər həyatını itirib.

Nazir əlavə edib ki, təbii fəlakətin təsirinə məruz qalan Sinop vilayətinin Ayancık rayonundakı dövlət xəstəxanasındakı 56 xəstə Sinop şəhər xəstəxanasına köçürülüb.

Xatırladaq ki, Kastamonu vilayətinin Ayancık Dövlət Xəstəxanasının binası qəzalı vəziyyətə düşüb. Zərər çəkən ərazilərdən əhali evakuasiya edilərək tələbə yataqxanalarına yerləşdirilib.

XXX

19:51

Türkiyədə seldə ölənlərin sayı 31-ə çatıb.

Trend-in məlumatına görə, Kastamonuda 29 nəfər, Sinopda isə 2 nəfər həlak olub. Bartında isə itkin düşən bir nəfər axtarılır.

Hazırda 10 nəfər xəstəxanada müalicə alır. Bütün aidiyyatı qurumların canlı qüvvə və texnika vasitəsilə təxliyə, axtarış-xilasetmə əməliyyatlarını davam etdirdiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti