...

Abşeronda COVİD-19 əleyhinə maarifləndirmə tədbirləri keçirilir (FOTO)

Gündəm Materials 16 Avqust 2021 15:11 (UTC +04:00)
Abşeronda COVİD-19 əleyhinə maarifləndirmə tədbirləri keçirilir (FOTO)

Bakı. Trend:

Abşeron rayonunda COVİD-19 virusunun yayılmasının qarşısının alınması məqsədi ilə həyata keçirilən genişmiqyaslı tədbirlər davam etdirilir. Koronavirus infeksiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı Rayon İcra Hakimiyyətinin başçısının sərəncamına əsasən yaradılan komissiya tərəfindən mütəmadi olaraq maaarifləndirmə, təbliğat şləri aparılır. Rayonun baş həkimi Mehriban Qaralovanın rəhbərliyi ilə komissiyanın üzvləri tərəfindən aktiv şəkildə yerlərdə sakinlərlə görüşlər keçirilir, maarifləndirici söhbətlər aparılır. Qeyd edək ki, belə maarifləndirici görüşlərin keçirilməsi öz müsbət nəticəsini artıq göstərir. Görüşlər zamanı komissiyanın üzvləri və həkimlər çıxış edərək vaksinasiya və xəstəliklə bağlı sakinləri maraqlandıran məsələlər barədə danışır, sakinləri maaraqlandıran sualları cavablandırırlar.

Yerlərdə yoluxma sayının artmasının qarşısını almaq məqsədi ilə keçirilən görüşlər zamanı iştirak edən əhalinin sayından asılı olmayaraq ciddi şəkildə karantin qaydalarına riayət olunur, sosial məsafənin gözlənilməsinə və tibi maskadan istifadə edilməsinə ciddi nəzarət edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti